KANAL24.AZ
Az Iw En Ru

ADİU-da “Səsli Kitabxana” layihəsinə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Səsli kitabxana” layihəsinə start verilib.

Universitetdən Kanal24.az-a bildirilib ki, “Radio ADİU” və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi görmə məhdudiyyətli gəncləri təhsilə və mütaliəyə cəlb etməkdir.

Layihə çərçivəsində Respublika Gözdən Əlillər Kitabxanasının nümayəndələri ilə layihə təşkilatçılarının görüşü keçirilib.

Görüşdə layihənin rəhbəri, ADİU-nun əsaslı kitabxanasının əməkdaşı Arzu Məmmədova qonaqlara “Səsli kitabxana” haqqında ətraflı məlumat verib. Bildirilib ki, ADİU-nun tələbələri Respublika Gözdən Əlillər Kitabxanasının audiokitablar fondunun artırılmasına kömək göstərmək və bu kitabxananın müxtəlif yaşlı oxucu-istifadəçilərini ən yeni ədəbiyyatla məlumatlandırmaq istəyirlər.

Sonra layihə çərçivəsində səsləndiriləcək kitabların siyahısı müzakirə olunub. Qonaqlar könüllü “tələbə-diktor”lara tövsiyələrini veriblər.


03:20 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər