KANAL24.AZ
Az Iw En Ru

Xalq artisti Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb

   Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb.

   Bu barədə "Report"a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.

   O, hazırda atasının vəziyyətinin yaxşı oldğunu deyib: "Atam hələ zəifdir. Bu səbəbdən müalicəsini evdə davam etdirir. Şükür Allaha gəzə bilir, danışır, qidalanır. Amma hələ çox zəifdir. Həkimlərin nəzarəti altındadır".

   Xatırladaq ki, S.Ələsgərov keçən ay 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmişdi.


22:34 16.03.2016