KANAL24.AZ
Az Iw En Ru

ASAN xidmət mərkəzlərində 16 mindən artıq müraciət həll olunub

2016-cı ilin fevral ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 16041 müraciət daxil olub.

Kanal24.az SOCAR-ın saytına istinadən məlumat verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.


18:11 16.03.2016
Xəbər lenti
Bütün xəbərlər