KANAL24.AZ
Az Iw En Ru

SOCAR fevral ayı üzrə ödənişlərin həcmini açıqladı

SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib.

Kanal24 SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 922 min manat vəsait köçürüb. 2016-cı ilin yanvar-fevral aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 21 milyon 50 min manat təşkil edib.


19:07 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər