KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda internetin aşağı sürətlə verilməsinin səbəbi açıqlanıb

Azərbaycanda nəzərdən keçirilmiş aşağı sürətli internetin verilməsi faktlarının təqribən yarısı rabitə xətlərindəki nasazlıqla bağlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib.

O bildirib: "Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə işçi qrupu yaratdıq. Qrup internetin sürətinin yoxlanması ilə məşğul olurdu. Bizə şikayətlər daxil olurdu ki, abonentlərin aldığı internetin sürəti vəd ediləndən aşağıdır".

A.Əliyev deyib ki, bu şikayətlər əsasında internet-provayderlər tərəfindən müvafiq tədbirlər görülüb və problemlərin çoxu həll edilib. İşçi qrup işini davam etdirir".


18:49 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər