KANAL24.AZ
Az Iw En Ru

“Abituriyent” jurnalının birinci nömrəsi çapdan çıxıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının builki birinci nömrəsini abituriyentlərin istifadəsinə təqdim edib.

TQDK-dan Kanal24.az-a bildiriblər ki, jurnalda 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları; ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, fənlər üzrə açıq tipli test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, test tapşırıqlarının düzgün cavabları, balların hesablanma qaydası və s. materiallar əksini tapıb.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28.), kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


04:12 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər