KANAL24.AZ
Az Iw En Ru

Təhsil Kompleksində “Fransa Günü”

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Fransa Günü” adlı tədbir olub.

Əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Kanal24.az xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışıb, təhsil müəssisəsində müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, burada şagirdlərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl öyrədilir.

Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Ana Məktəb barədə məlumat verən direktor qeyd edib ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ölkəsi ilə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini qeyd edib, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Ana Məktəbin şagirdləri fransız dilində ədəbi-bədii kompozisiya göstəriblər.

Şagirdlərin Azərbaycan-Fransa əlaqələrindən bəhs edən əl işləri nümayiş etdirilib.

Sonra fransız aşbaz Tibo Bera Fransa mətbəxi nümunələrini təqdim edib, sağlam qida və sağlam həyat haqqında məlumat verib.


18:11 14.03.2016
Xəbər lenti
Bütün xəbərlər