KANAL24.AZ
Az Iw En Ru

Polşalı alim Aqrar Universitetdə seminarlara başlayıb

Avropa İttifaqının “ERASMUS +” proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Varşava Təbiət Elmləri Universiteti arasında imzalanan müqaviləyə əsasən, həmin ali məktəbin professoru Tadeuş Moskalik aqronomluq fakültəsində seminarlara başlayıb.

ADAU-nun mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, polşalı alim ilk olaraq meşəçilik və ekologiya ixtisası üzrə təhsil alan tələbələrə seminar keçib.

Qeyd edək ki, Avropa İttifaqının “ERASMUS +” proqramı çərçivəsində hər iki universitet arasında bağlanan müqaviləyə əsasən hazırda ADAU-nun bir magistri Varşava Universitetində təhsil alır.


02:28 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər