KANAL24.AZ
Az Iw En Ru

Bakıda çex iş adamları ilə görüş keçirilib

   Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilib.

   Kanal24.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə təşkil edilən görüşdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

   Görüşlərdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub.

 

 

22:48 14.03.2016