KANAL24.AZ
Az Iw En Ru

Xalq yazıçısı Anar 78 yaşını qeyd edir

   Bu gün Azərbaycanın xalq yazıçısı Anarın doğum günüdür. Onun 78 yaşı tamam olur.

    O, 1938-ci il martın 14-də iki məşhur şair - Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. 10 illik musiqi məktəbini gümüş medalla bitirib. Həyat yoldaşı Zemfira xanımla isə 1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuyub. 

   Yazıçı Anar Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira xanım isə konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. Onların izdivacından bir qız, bir oğlan övladları dünyaya gəlib.

   Yazıçı Anar həm də içtimai xadimdir. O, Yazıcılar Birliyinin sədridir. 1995-2000-çi illərdə isə Milli Məclisin üzvü olub. 1964-çü ildən Yazıçılar, Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqının üzvüdür. Anar ilk əsərlərini Şuşada yazıb. “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” onun ilk mətbu hekayələridir.

    Anarın 50-dən çox kitabı dünyanın bir çox ölkələrində nəşr olunub. Yazıçının pyesləri müxtəlif teatrlarda mütəmadi tamaşaya qoyulur, xariçi ölkə səhnələrində oynanılır. Onun bir neçə tərçümə əsərləri də var. O, həm də “Dantenin yubileyi”, “Üzeyir ömrü” və “Qəm pəncərəsi” kimi filmlərinin quruluşçu rejissoru, 11 bədii filmin isə ssenari müəllifidir.

   Rusiyanın “Mosfilm” kinostudiyasında yazıçının “Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında “Hər axşam 11-də” bədii filmi çəkilib. Onun bir neçə şeirinə Xəyyam Mirzəzadə, Çavanşir Quliyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar mahnılar bəstələyib.

   Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı “İstiqlal” ordeni ilə təltif olunub.

   Allahdan xalq yazıçımıza uzun ömür, can sağlığı diləyirik!


20:49 14.03.2016