KANAL24.AZ
Az Iw En Ru

Fiziki qüsurlu insanlar üçün bayram şənliyi keçirilib

   Bayram ərəfəsində həmişə olduğu kimi bu dəfə də, fiziki qüsurlu şəxslər yaddan çıxmır.

 Kanal24.az xəbər verir ki, YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında novruz şənliyi keçirilib. Tədbirdə YAP-ın rayon təşkilatlarının qadınlar şurasının üzvləri və pansionatda müalicə alan şəxslər iştirak ediblər.

   Tədbirdə çıxış edən YAP qadınlar şurasının sədri Nurlana Əliyeva Novruz Bayramı adət ənənələrindən danışaraq, pansionatda müalicə olunanlara uğur arzulayıb.

   Tədbirin bədii hissəsində, ölkəmizin tanınmış müğənniləri Gülyanaq, Sədaqət və digərləri tərəfindən gözəl ifalar təqdim olunub. Tədbirin sonunda fiziki qüsurlu insanlara müxtəlif əlil arabaları hədiyyə olunub. Sonda isə tort kəsilib.


19:55 14.03.2016