KANAL24.AZ
Az Iw En Ru

Messiyə belə rekord lazım deyildi...

   “Barselona”nın hücumçusu Lionel Messi klub tarixində antirekorda imza atıb.
 
   Bu, dünən İspaniya çempionatının “Hetafe”ya qarşı oyununda (6:0) baş verib.
 
   Messi onbirmetrlik cərimə zərbəsini dəqiq vura bilməyib. Bu isə onun bütün karyerası ərzində La Liqada yararlana bilmədiyi 8-ci penalti olub.
 
   Qeyd edək ki, bunadək antirekord Samuel Eto'oya (7) məxsus idi.

   


02:45 14.03.2016
Xəbər lenti
Bütün xəbərlər