KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. 

 

Kanal24 xəbər verir ki, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

 


21:20 07.10.2014
Xəbər lenti
Bütün xəbərlər