KANAL24.AZ
Az Iw En Ru

Gəncədə “I Tələbə Festivalı” adlı yeni layihə həyata keçiriləcək

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi, Gənclər və İdman Baş İdarəsi, “Gəncə Avropa Gənclər Paytaxtı” İctimai Birliyi, Məhsəti Gəncəvi Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Park Bulvar Kompleksinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü ilə “I Tələbə Festivalı” adlı layihə reallaşacaq.

Kanal24.az xəbər verir ki, layihənin məqsədi gənclərdə incəsənətə maraq oyatmaq, onların mənəvi zövqünü, həmçinin şəhər səviyyəsində gənclərdə festival ənənəsini formalaşdırmaqdan ibarətdir.

GDU-nun tərbiyə işləri üzrə prorektoru Asif Cavadov bildirib ki, festivalda universitetdə təhsil alan bacarıqlı tələbələrin əl işlərindən ibarət satış sərgisi keçiriləcək.

Qeyd edək ki, "I Tələbə Festivalı" martın 15-də Park Bulvar kompleksində təşkil olunacaq.


01:53 14.03.2016
Xəbər lenti
Bütün xəbərlər