KANAL24.AZ
Az Iw En Ru

Güləşçimiz bürünc uğrunda erməni rəqibi ilə qarşılaşacaq

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Kanal24.az-ın məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulublar.

71 kq 
1/16 final - Kristaps Kalnakarklis (Latviya) - Həsən Əliyev 0:8
1/8 final - Jan Zizka (Çexiya) - Həsən Əliyev 0:8
1/4 final - Aleksandar Maksimoviç (Serbiya) - Həsən Əliyev 3:1
Təsəlliverici görüş - Knut Zakarias Tallrot (İsveç) - Həsən Əliyev 1:8 (tuşe)
Bürünc medal görüşü - Həsən Əliyev - Yunus Özel (Türkiyə)

75 kq 
1/16 final - Elvin Mürsəliyev - Yevgeniys Kolçovs (Latviya) 8:0
1/8 final - Elvin Mürsəliyev - Çingiz Labazanov (Rusiya) 5:2
1/4 final - Aliaksandr Dzemyanoviç (Belarus) - Elvin Mürsəliyev 6:9
1/2 final - Zurabi Datunaşvili (Gürcüstan) - Elvin Mürsəliyev 3:1
Bürünc medal görüşü - Karpet Çalyan (Ermənistan) - Elvin Mürsəliyev 

80 kq
1/16 final - Rafael Samurqaşev (Monteneqro) - Rafiq Hüseynov 0:4 (tuşe)
1/8 final - Pavel Paminçuk (Belarus) - Rafiq Hüseynov 4:5
1/4 final - Daniel Aleksandrov (Bolqarıstan) - Rafiq Hüseynov 8:4

85 kq
1/16 final - Tadeuş Mixalik (Polşa) - İslam Abbasov 7:1

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz isə 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.


01:38 14.03.2016
Xəbər lenti
Bütün xəbərlər