KANAL24.AZ
Az Iw En Ru

“Azəryol” finalın bir addımlığında CEV Kuboku ilə vidalaşıb

   Azərbaycanın qadınlardan ibarət voleybol klubu “Azəryol” CEV Kubokunun yarımfinal oyunu çərçivəsində Bakıda Krasnodarın “Dinamo” klubu ilə cavab qarşılaşmasına çıxıb.

   Ev sahibləri yalnız ikinci setdə rəqibə müqavimət göstərə biliblər.

   Buna baxmayaraq “Azəryol” 3:0 hesabı ilə məğlub olub və finalın bir addımlığında turnirlə vidalaşıb.

   İlk oyun da məhz 3:0 hesabı ilə Rusiya klubunun xeyrinə olmuşdu.

   CEV Kuboku. Qadınlar. Yarımfinal. II matç

   “Azəryol” (Bakı, Azərbaycan) — “Dinamo” (Krasnodar, Rusiya) — 0:3 (17:25, 25:27, 17:25).

   Digər yarımfinal qarşılaşması İstanbulda “Qalatasaray” (Türkiyə) və “Şveriner” (Almaniya) arasında keçirilir.


06:35 13.03.2016
Xəbər lenti
Bütün xəbərlər