KANAL24.AZ
Az Iw En Ru

Güləşçimiz erməni rəqibinə aman vermədi

Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb.

Kanal24.az-ın məlumatına görə, erməni idmançı Valodya Franqulyanla güləşən H.Əliyev rəqibinə aman verməyib - 7:0.

Beləliklə, güləşçilərimiz Avropa çempionatında aktivlərinə daha bir medal yazdırıblar.

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb. Bu gün daha bir təmsilçimiz Cəbrayıl Həsənov final görüşündə qızıl uğrunda mübarizə aparacaq.


06:36 11.03.2016
Xəbər lenti
Bütün xəbərlər