KANAL24.AZ
Az Iw En Ru

Avropa çempionatının üçüncü günündə daha 3 Azərbaycan güləşçisi mübarizə aparacaq

   Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

   Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb.

   Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq.

   Azərbaycan təmsilçisi Alyona Kolesnik (55 kq) mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi Vania Gomes (Portuqaliya)-Simona Pricob (Rumıniya) görüşünün qalibi olacaq.

   Çempionatda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyevin 1/8 finalda rəqibi yerli idmançı Sarinas Jurcisdir. Cəbrayıl Həsənov (74 kq) isə xalça üzərinə gürcüstanlı Jakov Maxaraşviliyə qarşı çıxacaq.

   İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.


20:00 10.03.2016
Xəbər lenti
Bütün xəbərlər