KANAL24.AZ
Az Iw En Ru

Reklamlarda dil və üslub problemləri müzakirə edilib

Martın 9-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Reklamlarda dil və üslub problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

İnstitutdan Kanal24.az-a bildiriblər ki, konfrans “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil edilib.

Tədbirdə institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bu elm müəssisəsində Dövlət Proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Çıxış edənlər ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcud problemlər və yol verilən xarakterik nöqsanlar barədə, eləcə də “Qaynar xətt”in reklamların dilindəki norma pozuntularının qarşısının alınmasında rolundan danışıblar. Bu sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyəti qeyd edilib.

Sonra reklamların dili ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilib, təkliflər səsləndirilib.


05:55 10.03.2016
Xəbər lenti
Bütün xəbərlər