KANAL24.AZ
Az Iw En Ru

Van der Sar 45 yaşında futbola qayıdır

   Hollandiya millisinin və "Mançester Yunayted"in keçmiş qapıçısı Edvin van der Sar 45 yaşında futbola qayıtmağa hazırlaşır.

   Kanal24.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, o, ölkəsinin həvəskarlar liqa təmsilçisi, yeniyetməlik illərində çıxış etdiyi "Nordveyk"də oynayacaq.

   Bu barədə klubun nümayəndəsi Piter Vink məlumat verib. O deyib ki, Ervin van der Sar böyük ehtimalla bir oyun komandaya kömək edəcək.

   Qeyd edək ki, Edvin van der Sar 2011-ci ildə Çempionlar Liqasının finalında "Barselona"ya uduzduqları oyundan sonra futbolçu karyerasını başa vurub.


19:56 09.03.2016
Xəbər lenti
Bütün xəbərlər