KANAL24.AZ
Az Iw En Ru

Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq

Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq, stimullaşdırılacaq.

Trend-in “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin təklifləri əsasında “Dövlət ümumi təhsil müəssisələrinin direktorunun, direktorun tədris (təlim-tərbiyə) işi, lisey (gimnaziya) və digər profil üzrə müavinlərin aylıq vəzifə maaşlarına əlavələrin və birdəfəlik mükafatın müəyyən edilməsi haqqında” qərar layihəsi hazırlanıb.

Layihənin hazırlanmasında əsas məqsədlərdən biri ümumi təhsilin keyfiyyətinin yüksəldilməsidir.


18:10 09.03.2016
Xəbər lenti
Bütün xəbərlər