KANAL24.AZ
Az Iw En Ru

CEV Kuboku: "Dinamo"-"Azəryol" - 0:3

   Bu gün voleybolçu qadınlardan ibarət "Azəryol" klubu CEV Kubokunda ilk yarımfinal matçına çıxıb. Azərbaycan təmsilçisi Rusiyanın Krasnodar şəhərində "Dinamo"nun qonağı olub.

   Tarixində ilk dəfə finalın bir addımlığınadək yüksələn klubumuz üçün mat uğursuz alınıb. Martın 6-dan Krasnodarda olan "Azəryol" görüşə iddialı yollansa da, 1 set də qazana bilməyərək 0:3 hesabı ilə məğlub olub. Ziya Rəcəbovun yetirmələri ilk setdə böyük fərqlə irəlidə olsa da, üstünlüyünü əldən verməsi həlledici olub. Cavab görüşü martın 12-də Bakıdakı Voleybol Mərkəzində olacaq.

   CEV Kuboku, 1/4 final

   18:00. "Dinamo" (Krasnodar, Rusiya) - "Azəryol" (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:23)

   Hakimlər: Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçnik (Sloveniya)

   Krasnodar, "Olimp" İdman Sarayı


04:32 09.03.2016
Xəbər lenti
Bütün xəbərlər