KANAL24.AZ
Az Iw En Ru

Tələbələr üçün “CISCO texnologiyaları üzrə şəbəkə inzibatçılığı” mövzusunda seminar

“Techno Club Azerbaijan” cəmiyyətinin və “Network Training Center” kurslarının birgə təşkilatçılığı ilə Xəzər Universitetinin tələbələri üçün “CISCO texnologiyaları üzrə şəbəkə inzibatçılığı” mövzusunda seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda “Network Training Center” kurslarının nümayəndəsi Teymur Əzimov iştirakçılara şəbəkə inzibatçılığı üzrə ümumi biliklər, sertifikatlaşdırma, bu sahədə olan brend şirkətlər və onların CISCO şirkəti ilə əsas fərqləri barədə geniş məlumat verib. O, şəbəkə avadanlıqları ilə işləməyi, kiçik şəbəkə proseslərini və virtual şəbəkə idarəsini əyani olaraq tələbələrə göstərib.

Seminarda Xəzər Universitetinin tələbələri ilə yanaşı, digər ali məktəblərin bu sahə ilə maraqlanan tələbələri də iştirak ediblər.


04:57 08.03.2016
Xəbər lenti
Bütün xəbərlər