KANAL24.AZ
Az Iw En Ru

Təhsil islahatı prosesində ABŞ modeli mövzusunda seminar

Martın 7-də Təhsil Problemləri İnstitutunda (TPİ) “Təhsil islahatı və müəllimlərin lisenziyalaşdırılması prosesində ABŞ modelinin və təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.

TPİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsil islahatı və onun həyata keçirilməsinin, innovasiyaların tədrisdə tətbiqi və pedaqoji kadrların peşəkarlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu işdə beynəlxalq təcrübənin öyrənilməsinin və inteqrasiyanın əhəmiyyəti xüsusi qeyd olunub.

Sonra “ConsultEd” şirkətinin direktoru, təhsil məsələləri üzrə ekspert Aqil Şərifov respublikamızda təhsil islahatı və müəllimlərin lisenziyalaşdırılması prosesində ABŞ modelinin və təcrübəsinin öyrənilməsi barədə danışıb.

Qeyd edək lazımdır ki, A.Şərifov ABŞ-da məktəb direktoru kimi fəaliyyət göstərmək lisenziyasına sahib olan yeganə gənc azərbaycanlı təhsil idarəedicisidir. O, Texas ştatında dörd ildən artıq məktəb direktoru kimi fəaliyyət göstərib.


04:46 08.03.2016
Xəbər lenti
Bütün xəbərlər