KANAL24.AZ
Az Iw En Ru

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni sistem rəqabəti artırır

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı tətbiq edilən yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, artıq başa çatmış bu semestrdə tələbələrin qiyməti nəzərə alınır: “Tələbə təqaüdlərinin akademik göstəricilərə görə, yəni təhsil naliyyətlərinə görə ödənilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nı təsdiqləyib.

Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü; fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək.


04:04 08.03.2016
Xəbər lenti
Bütün xəbərlər