Aktyor, uzun illər AzTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov vəfat edib.
Qeyd edək ki, A.Qasımov 1950-ci ildə anadan olub. O, 35-dən çox televiziya tamaşası və bədii filmlərdə irili-xırdalı rollar ifa edib. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Mozalan" satirik kinojurnalında ifa etdiyi rollarla tamaşaçıların yaddaşına həkk olunub.