KANAL24.AZ
Az Iw En Ru

Müəllimlər maaşlardakı artımı niyə ala bilmədilər? - Açıqlama

Qarabağ veteranı, müəllim Vaqif Əlisoy təmsil etdiyi məktəbin müəllim kollektivi adından şikayət ünvanlayıb.

Bu haqda məlumat verən V.Əlisoy şikayətinin Prezident İlham Əliyevin müəllimlərin əmək haqqının 10 faiz artırılması ilə bağlı verdiyi sərəncamının icra olunmaması ilə bağlı olduğunu bildirib: 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev manatın qiymətdən düşməsi, ərzaq məhsullarının bahalaşması ilə əlaqədar başqa peşə sahələri yanaşı, böyük müəllim ordusunun əmək haqlarının fevral ayından 10 faiz artırılması ilə əlaqədar sərəncam verib. Fevralın əmək haqqını alan müəllimlər bilir ki, maaşlarda artım yoxdur. Elə isə bu sərəncam niyə verilirdi? Əgər verilibsə, niyə hökumət prezident sərəncamına əməl etmir? Kimdir böyük müəllim ordusunu dövlətdən və prezidentdən narazı salan”.

Keçmiş döyüşçü məmur ordusunu müəllimləri narazı salmaqda günahlandırıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, problem tezliklə həll olunacaq:

“Hazırda bəzi texniki məsələlər həll olunur. Yaxın vaxtda müəllimlərin əmək haqqının artırılması ilə bağlı yaranmış problem öz həllini tapacaq”.
(Modern.az) 


19:29 07.03.2016
Xəbər lenti
Bütün xəbərlər