KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Braziliya təhsil əlaqələrinin perspektivləri müzakirə olunub

Martın 4-də təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, senator Kristovam Buarken ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar barədə məlumat verib.

Sonra Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.


05:38 05.03.2016
Xəbər lenti
Bütün xəbərlər