KANAL24.AZ
Az Iw En Ru

“Liverpul” finalda uduzdu - Video

   İngiltərə Liqa kubokunun 2015/16 mövsümünün qalibi bəlli olub. “Qafqazinfo” xəbər verir ki, "Uembli"də baş tutan həlledici oyunda "Mançester Siti" və "Liverpul" üz-üzə gəlib.

   Əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq oynayan "şəhərlilər" İngiltərədə mövsümün ilk titulunu qazanıb. Bu, Mançester klubunun sayca 4-cü Liqa kubokudur.

   "Liverpul" - "Mançester Siti" 1:1 (Penaltilər seriyası: 1:3)

   Qollar: Koutinyo, 84 - Fernandinyo, 49.


18:37 29.02.2016
Xəbər lenti
Bütün xəbərlər