KANAL24.AZ
Az Iw En Ru

Sahibkar gömrükdən şikayətçidir

10 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elvin Əhmədov Türkiyədən tranzit vasitəsilə Rusiyaya aparmalı olduğu malların Xaçmaz Gömrük İdarəsində saxlanılmasından şikayətçidir.

Kanal24 xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, Türkiyədən gətirdiyi tekstil mallarını Azərbaycan üzərindən Rusiyaya daşıyır: “Amma 10 gündür mallar Xaçmaz Gömrük Məntəqəsində saxlanılır. Deyirlər ki, komitədən göstəriş var, malları Rusiyaya tranzit edə bilməzsiniz. Əvvəl belə problemlərlə rastlaşmırdıq, pulumuzu verirdik, həll edirdilər. İndi isə gömrük əməkdaşları bizi incidir”.

“Qafqazinfo” məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. N. Axundov bildirib ki, Türkiyə mənşəli malları Rusiya tərəfi öz ölkəsinə buraxmır: “Ona görə də həmin şəxsin malları anbarda qalıb. Bu komitə ilə bağlı problem deyil. Rusiya ilə Türkiyə arasında baş verən məsələlərlə bağlıdır”.


00:21 25.02.2016