Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi ilə əlaqədar hazırlanan Gəncə xalçası AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub.
Muzeydən Kanal24.az-a bildiriblər ki, yundan toxunmuş əl işi olan xalçanın üzərində AMEA rəyasət heyətinin binası, Nizaminin heykəli və Gəncə şəhərinə məxsus abidələr təsvir edilib.