KANAL24.AZ
Az Iw En Ru

Dolların məzənnəsi rublu keçdi

Tarixdə ilk dəfə dolların məzənnəsi rus rubluna nisbətdə 40 rublu keçib. 

 

Kanal24.az AzərTAc-a istinadən  xəbər verir ki, bu barədə Moskva birjasının məlumatlarında qeyd olunub.

Bu gün səhər Moskva birjasında dolların rus rubluna olan məzənnəsi ötən günlə müqayisədə 5 qəpik yüksələrək 40,01 rubl olub. Avro isə 19 qəpik bahalaşaraq 50,12 rubla satılıb.

Ötən həftədə də dollar daha bir tarixi maksimuma yüksəlib. Oktyabrın 3-də Moskva birjasında onun rubla olan məzənnəsi 40 qəpik artaraq 39,95 rubla çatıb.

 


21:12 06.10.2014
Xəbər lenti
Bütün xəbərlər