KANAL24.AZ
Az Iw En Ru

Pianoçu, pedaqoq İvetta Qriqoryevna Plyamının xatirə gecəsi keçiriləcək

   Fevralın 23-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu, pedaqoq İvetta Qriqoryevna Plyamın xatirə gecəsi keçiriləcək.

   Tədbir G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

   Tədbirdə İ.Plyamın həyat və fəaliyyəti haqqında məlumat veriləcək və məktəbin şagirdlərinin ifasında fortepiano musiqisi səslənəcək.

   Həmçinin muzeyin əməkdaşları tərəfindən mövzu ilə bağlı slayd və materiallar sərgilənəcək. Pianoçunu yaxından tanıyan bəstəkar və pedaqoqlar öz xatirələrini bölüşəcəklər.

   Qeyd edək ki, bu tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar keçirilir. Belə ki, müxtəlif millətlərin nümayəndələri Azərbaycan musiqi və təhsilin inkişafında öz töhfələrini veriblər. Onlardan biri də G.Şaroyevin sevimli tələbəsi olmuş pianoçu, pedaqoq və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamdır.


06:40 21.02.2016
Xəbər lenti
Bütün xəbərlər