KANAL24.AZ
Az Iw En Ru

Milli Qəhrəman Ələkbər Əliyev yad edilib

   Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə “Torpaq uğrunda ölən varsa Vətəndir” layihəsi çərçivəsində tədbir keçirilib.

   Milli İstiqlal Muzeyinin və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbir Milli Qəhrəman Ələkbər Əliyevə həsr olunub.

   Əvvəlcə dövlətimiz suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Qəhrəmanın həyatını və keçdiyi döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.

   Milli Qəhrəman Vahid Quliyev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xəzər rayon üzrə nümayəndəliyinin sədri Elçin Əzimov çıxış edərək Ələkbər Əliyev haqqında xatirələrini bölüşüblər.

   Sonda Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.


23:38 20.02.2016
Xəbər lenti
Bütün xəbərlər