KANAL24.AZ
Az Iw En Ru

Arıqlamaq istədi, göbəyini tikdilər

   Amerikada yaşayan Lori Jones adlı qadın yaxşı bədənə sahib olmaq, əməliyyat izini itirmək və qarın nahiyəsindəki yağlardan xilas olmaq üçün pul yığıb. 
 
   O, dekabrda əməliyyat olunub. Əməliyyatdan bir ay sonra yaralarının üzəri açılan zaman gördükləri qarşısında heyrətə düşüb. Gənc qadın əməliyyat zamanı göbək bağının tikildiyini görüb. Yerli televiziyalardan birinə açıqlama verən Jones onu əməliyyat edən plastik cərrahın göbək dəliyini itirəcəyi haqda ona məlumat vermədiyini deyib. Həkim isə Jonesin dediklərinə etiraz edib və ona göbəyinin tikiləcəyi barədə əvvəldən məlumat verdiyini deyib. Buna baxmayaraq, əməliyyat yerləri sağaldıqdan və 6 ay keçdikdən sonra yenidən cərrahi yolla Lori Jonesə göbək dəliyi açmaq mümkündür.

23:44 19.02.2016
Xəbər lenti
Bütün xəbərlər