KANAL24.AZ
Az Iw En Ru

Vahidəm, qaldı sözün bir dürr kimi

   Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əliağa Vahidin qəzəllərindən ibarət “Vahidəm, qaldı sözün bir dürr kimi” adlı konsert proqramı təqdim edilib.

   Konsert Əliağa Vahidin öz dilindən lentə köçürülmüş qəzəllərinin səsləndirilməsi ilə başlanıb.

   Gecədə Xalq artistləri Arif Babayev, Könül Xasıyeva, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev və meyxana ustadları çıxış ediblər. Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələri ifa ediblər. Qiraətçilər - Xalq Artisti Əminə Yusifqızı və Almaz Amanova şairin qəzəllərini səsləndiriblər.

   Qeyd edək ki, Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri ustad xanəndələrin repertuarında mühüm yer tutur. Ötən il ölkəmizdə görkəmli qəzəlxanın 120 illiyi dövlət səviyyəsində qeyd olunub.


19:20 19.02.2016
Xəbər lenti
Bütün xəbərlər