KANAL24.AZ
Az Iw En Ru

Hara gedirsə, toyuq-cücəni də özü ilə aparır - Qəribə adam-

   Çində  ördəkləri və  toyuqları avtomobilə yapışdıran, bu vəziyyətdə də  yolda hərəkət edən bir sürücü ölkədə ciddi rezonans yaradıb. Həvəskar kameradan lentə alınan görüntülərin, yerli sosial mediaya sızmasından sonra, hər kəs bu qəribiə hadisədən danışır.

   Çinli sürücünün hansı səbəbdən toyuqları və ördəkləri, o cümlədən xoruzu avtomobilə dizayn etdiyi heç kəsə məlum deyil. Görüntülərə ilk reaksiya göstərənlər isə heç şübhəsz heyvan haqları dərnəkləri olub. Onlar ev quşlarının bu cür işgəncəyə məruz qalmasının əleyhinədir.

   Toyuqlardan bəziləri yapışqanlı lentlə avtomobilə bərkidilib.  Ördəklərin isə plastik bağlamada olduğu diqqət çəkir. Həmin bağlamalar hər an cırıla, ördəklər maşınların altında qalıb ölə bilərlər. Hər halda bu cür hoqqabazlıq  çin polisinin də xoşuna gəlməyib. Yerli medianın məlumatına görə,  həmin sürücü axtarışdadır. Onun haqqında cəza tədbirləri görüləcəyi də istisna edilmir.


17:51 19.02.2016
Xəbər lenti
Bütün xəbərlər