KANAL24.AZ
Az Iw En Ru

Reanimasiyada olan xəstə tibb bacısından pivə istədi

   Rusiyada baş verən hadisə hər kəsi heyrətləndirib. 
 
   Məlumatlara görə, adı açıqlanmayan bir xəstə əməliyyatdan çıxdıqdan sonra reanimasiyada olarkən tibb bacısından pivə istəyib. Tibb bacısı xəstənin istəyini gerçəkləşdirə bilməyəcəyini dedikdən sonra o, xəstəxanadan qaçıb. Pivə istəyən xəstə üzərindəki sistem iynələrini və cihazları çıxararaq xəstəxana paltarında reanimasiyadan qaçıb.
 
   Xəstəxana işçilərinə görünmədən oradan çıxan kişi ən yaxındakı içki mağazasına gedib. -16 dərəcə soyuqda üzərində xəstəxana paltarı ilə mağazaya girən xəstəni görən satıcılar şoka düşüb. Satıcılar pivə istəyən xəstənin istəyini qəbul etməyib və polisə xəbər veriblər. Polislərin müdaxiləsindən sonra xəstə yenidən reanimasiyaya qaytarılıb.

17:46 19.02.2016
Xəbər lenti
Bütün xəbərlər