KANAL24.AZ
Az Iw En Ru

İtalyanlar "Xocalıda qırmızı mələk" tamaşasını təqdim edəcəklər

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatının hazırladığı “Xocalıda qırmızı mələk” adlı tamaşa 24 fevral 2015-ci ildə Milan şəhərinin “Teatro Filodrammatici” teatrında səhnəyə qoyulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Kanal24.az-a verilən məlumata görə, Şura Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tamaşanın rejissor və aktyor heyətini Bakıya dəvət edib.

Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşanın premyerası keçiriləcək.


01:36 19.02.2016
Xəbər lenti
Bütün xəbərlər