KANAL24.AZ
Az Iw En Ru

4 dollara smartfon

   Hindistanın "Ringing Bells" şirkəti dünyanın ən ucuz smartfonunu hazırlayıb.

   251 rupiyə satılan  yeni "Freedom 251" adlı smartfon 4 dollara təqdim edilib.

   "Freedom 251" 4 düymlü displeyə, 1.3 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB operativ yaddaşa və 1450 mAs gücündə batareyaya malikdir.

   Smartfonun arxa kamerası 3.2, ön kamerası isə 0.3 meqapikseldir. Qacet Android Lollipop 5.1. əməliyyat sistemində çalışır.

   Telefonun Hindistanda satışına fevralın 18-dən başlanacaq.

   Qeyd edək ki, bu telefon dünyada ən ucuz smartfon hesab olunur.


20:27 18.02.2016
Xəbər lenti
Bütün xəbərlər