KANAL24.AZ
Az Iw En Ru

Körpə ailəsini ölümdən xilas etdi

   Türkiyənin Bursa şəhərində 10 aylıq körpə ağladığı üçün bütün ailəsini xilas edib. 
 
   Belə ki, körpə ağlamasaydı, qaz sobasından evə dolan zəhər nəticəsində bütün ailə həyatını itirə bilərdi. 27 yaşlı ata Sadık Birinci bildirib ki, hər şey 10 aylıq körpələrinin gecə saat 2-də oyanıb aramsız ağlaması ilə başlayıb. Onu beşikdə yırğalamağa çalışan hamilə anası susdurmağa nail ola bilməyib. Bu zaman hər iki valideynin halı pisləşib və yataqdan qalxa bilməyərək, qonşu otaqdakı ailə üzvlərini çağırıblar. 
 
   Bir neçə gün zəhərlənmədən xəstəxanada müalicə olunan ailə sonda sağalıb: “Balaca körpəm bütün ailənin, bir ay sonra dünyaya gələcək qardaşının da həyatını xilas etdi. Allah hər kəsə belə övlad nəsib etsin”.

 


19:53 18.02.2016
Xəbər lenti
Bütün xəbərlər