KANAL24.AZ
Az Iw En Ru

“Mövsüm Səyahət Yarmarkası” dördüncü dəfə təşkil olunacaq

   Martın 5-də “Park Bulvar” alış-veriş mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dördüncü “Mövsüm Səyahət Yarmarkası” keçiriləcək.

   Yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz bayramı, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif istiqamətlər üzrə turpaketlərin geniş potensial müştəri kütləsinə təqdim edilməsi, o cümlədən Türkiyəyə erkən bronların başlanması məqsədilə təşkil olunacaq.


19:40 18.02.2016
Xəbər lenti
Bütün xəbərlər