KANAL24.AZ
Az Iw En Ru

Məktəbdə “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda tədbir

   Fevralın 18-də Xətai rayonundakı 56 nömrəli orta məktəbdə “Multikulturalizm ili”nə həsr olunan, “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda tədbir keçirilib.

   Tədbirdə çıxış edənlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.

   Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb. Ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir.

   Sonra məktəblilər Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.


19:35 18.02.2016
Xəbər lenti
Bütün xəbərlər