KANAL24.AZ
Az Iw En Ru

Almaniyada "Azərbaycan multikulturalizmi"

Azərbaycan multikulturalizmini tədris edən xarici universitetlərin sırası genişlənir. Bu günlərdə bu sıraya Almaniyanın Augsburg Universiteti də qoşulub.

Bu barədə Kanal24.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

8-12 fevral 2016-ci il tarixində Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə intensiv kurs təşkil olunub. Kursu Augsburg Universitetinin Alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib.

5 gün ərzində- hər gün saat 08:00-19:00 –dək davam edən kursa universitetin filologiya və tarix fakültəsinin 10 tələbəsi qatılıb.


18:57 18.02.2016
Xəbər lenti
Bütün xəbərlər