KANAL24.AZ
Az Iw En Ru

Hesablama Palatası qərar qəbul etdi

Hesablama Palatasının növbəti Kollegiya İclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələrinə Palatanın hazırladığı rəylər müzakirə olunub.

 

Kanal24.az Hesablama Palatasının saytına istinadən məlumat verir ki, ilk olaraq dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən makroiqtisadi şərait, gəlir və xərclərdə nəzərdə tutulmuş dəyişikliklərin əsas istiqamətləri, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilmə mənbələri üzrə məlumatlar dinlənilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə olunmuş, nəzərdə tutulmuş dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış müvafiq Fərmanların icrasının təmin edilməsi məqsədini daşıdığı bildirilib.

Kollegiya Qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq hər iki rəyin Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.


18:36 18.02.2016
Xəbər lenti
Bütün xəbərlər