KANAL24.AZ
Az Iw En Ru

Okean ortasında qalan qadınlar...

   Atlantik okeanındakı İspaniyaya məxsus Kanarya adalarına getmək üçün yola çıxan 4 qadının başına qeyri-adi hadisə gəlib. 
 
   26 yanvarda yola çıxan qadınlar 45 gün ərzində Barbaros adasına çatmağı planlaşdırıblar. Lakin ötən cümə günü qadınların yaxtası Afrika yaxınlığında zədə alıb. Həm kürəklərini, həm də naviqator cihazını itirən qadınlar okeanda qorxu dolu anlar yaşayıblar. Təsadüfən oradan keçən bir ticarət gəmisi qadınları xilas edib. 33 yaşlı Gemma Calk, 36 yaşlı Jane Mintos, 27 yaşlı Olivia Vilson və 45 yaşlı Klare Lanyon adlı qadınların səhhətinin yaxşı olduğu açıqlanıb. 
 
Afrikanın Yaşıl Burun sahilindən 400 dəniz mili uzaqlığında zədələnən qayığın kürəkləri olmadığından onu istiqamətləndirmək mümkün olmayıb. İngiltərənin sahil təhlükəsizlik xidmətinə xəbər verən qadınlar hazırda yenidən öz ölkələrinə qayıdacaqları günü gözləyirlər.
 

 


21:55 17.02.2016
Xəbər lenti
Bütün xəbərlər