KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən yaşlı əkizləri

   Fransanın Onzain şəhərində yaşayan və 1912-ci ildə doğulmuş Paulette Olivier və Simone Thiot adlı əkizlər “dünyanın ən yaşlı əkizləri” olaraq tarixə düşüblər. 
 
   Bir neçə gün əvvəl 104 yaşlarını qeyd edən Paulette və Simone bacıları “ömrümüz boyu idmanla məşğul olduq və içkidən uzaq durduq” deyə, açıqlama veriblər. 10 yanvar 1912-ci ildə dünyaya gələn bacılar vaxtından tez doğulduqları üçün həkimlər onların yaşaya bilməyəcəklərini düşünürmüşlər.
 
   Əkizlərin qardaşları 99 yaşında avtomobil qəzasında dünyasını dəyişib. 36 yaşında dul qalan Paulette 15 il başqa ölkədə çalışdıqdan sonra yenidən Parisə qayıdıb. Simon isə anası kimi dərziliklə məşğul olub. Simon da 64 yaşında ərini itirdikdən sonra övladları olmayan əkizlər bir-birlərinə daha da bağlanıblar. İndi isə qocalar evində həyatlarına davam edirlər.

20:11 17.02.2016
Xəbər lenti
Bütün xəbərlər