KANAL24.AZ
Az Iw En Ru

Abdulla Şaiqə həsr olunmuş tədbir keçiriləcək

   Fevralın 18-də Abdulla Şaiqin mənzil muzeyində “Abdulla Şaiq -135. Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçiriləcək.

  Tədbirin keçirilməsində məqsəd Abdulla Şaiq yaradıcılığını tanıtmaq, ədibin də uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır.

   Tədbirdə Abdulla Şaiq haqqında çıxışlar olacaq, həyat və yaradıcılığını əks etdirən slayd nümayiş ediləcək. Həmçinin “Aytam” uşaqların mədəni maarifləndirilməsi ictimai birliyinin üzvləri və Abdulla Şaiq adına 54 nömrəl məktəbin şagirdləri şeir və mahnı ifa edəcək, ədibin “Tülkü həccə gedir” və “Yaxşı arxa” mənzum nağılları əsasında hazırladıqları tamaşaları göstərəcəklər.


02:28 16.02.2016
Xəbər lenti
Bütün xəbərlər