KANAL24.AZ
Az Iw En Ru

2015-ci ildə vergi ödəyicilərinə ümumilikdə 580 minə yaxın xidmət göstərilib

Ötən il Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzi vasitəsilə 209 min 764 müraciət cavablandırılıb.

Nazirliyin mətbuat xidmətindən Kanal24.az-a bildirilib ki, müraciətlərin 23,2 faizi vergilərin növləri, 18,7 faizi elektron xidmətlər, 14,7 faizi qeydiyyat, 10 faizi hesabatlar və onların doldurulma qaydaları, 33,4 faizi isə digər məsələləri əhatə edib. Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 63 min 703 zəng daxil olub. Eyni zamanda, 31 min 571 zəng zamanı vergi borcu, 14 min 496 zəng zamanı isə ödəyicilərə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2 milyon 904 min 339 mesaj, o cümlədən 2 milyon 884 min 609 qısa mesaj (SMS) göndərilib.

Nazirliyin rəsmi internet səhifəsindən istifadə edən vətəndaşlar birbaşa vergilər nazirinə və nazirliyin digər rəhbər vəzifəli şəxslərinə də müraciət edə bilirlər. Ümumiyyətlə isə 2015-ci ildə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 389 min 17 nəfərə ümumilikdə 579 min 368 xidmət göstərilib.


19:11 13.02.2016
Xəbər lenti
Bütün xəbərlər