KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda yol və körpü tikintisi bahalaşıb

2015-ci ilin IV rübündə Azərbaycanda yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz azalıb, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6 faiz artıb.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb.

Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz artıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz azalıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.


22:37 12.02.2016
Xəbər lenti
Bütün xəbərlər